Banner

Metroda məsafəyə görə ödəniş tətbiqi - Sakinlər nə düşünür? - SORĞU

Gündəm 27 Noyabr 2025 19:48 Oxunub 652
Metroda məsafəyə görə ödəniş tətbiqi - Sakinlər nə düşünür? - SORĞU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakı Metropoliteni"nin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının tətbiq edilməsi gələcəkdə nəzərdə tutula bilər. Metroda gedilən məsafəyə uyğun ödəniş sistemi tətbiq oluna biləcəyi ilə bağlı məlumatlar sosial şəbəkələrdə geniş müzakirə olunur. Avtosfer.az xəbər verir ki, bu barədə "Redaktor.az" şəhər sakinləri arasında sorğu keçirib. Paytaxt sakinlərinin bu məsələ ilə bağlı fikirləri isə fərqlidir.

Sakinlərin bir qismi belə yeniliyi tamamilə lazımsız hesab edir:

"Bu, çox lazım­sız qərardır. Gündə bir şey çıxarırlar, qoymurlar sakit başla həyatımızı yaşayaq. Onsuz da hər şey bahalaşıb, indi də metronu hesablamaq qalırdı?" - deyə vətəndaşlardan biri etirazını bildirib.

Şəhər sakini olan ibtidai sinif müəlliməsi isə məsafəyə görə ödəniş sistemini müəyyən şərtlərlə dəstəkləyir:

"Əgər belə olacaqsa, minimum qiymət qoysunlar. Məsələn, 30 qəpik. Mən 20 Yanvardan İnşaatçılara gedirəmsə, niyə 60 qəpik verim? Elə 20-30 qəpik verim, mənə də xeyir. Uzun yol gedən ödəsin, amma qısa məsafələrə endirim olsun”.

"Qərar verəndə xalqı da düşünmək lazımdır"

Bəzi sakinlər isə bu sistemin xüsusilə sosial həssas qruplara əlavə yük yaradacağını düşünür:

"Mən pensiyaçı adamam. Bəzən 10-12 stansiya fərqi ilə qohumgilə gedirəm. Bu yeni sistem çıxsa, mənim xərcim artacaq. Qərar verəndə xalqı da düşünmək lazımdır. Hamının imkanı eyni deyil axı".

"Tələbələri də düşünün"

Universitet tələbəsi bildirdi ki, məsafəyə görə ödəniş onun üçün çətinlik yaradacaq: "Hər gün dərsə gedəndə həm avtobusdan, həm metrodan istifadə edirəm. Metroda gediş haqqını məsafəyə görə qaldırsalar mənə çox çətin olacaq. "Əhmədli"dən "Elmlər"ə kimi yəqin ki, qiymət bahalaşacaq. Ona görə də mən belə bir şeyin əleyhinəyəm. Heç olmasa tələbələri də düşünün".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh