Metroda qatar dayandı - Sərnişinlər təxliyyə olundu

Bu gün Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarın hərəkəti dayanıb. “Qafqazinfo”nun məlumatına görə, metropoliten işçilərinin, maşinistlərin cəhdlərinə baxmayaraq qatarı hərəkətə gətirmək mümkün olmayıb. Qatarın hərəkətə gətirilməsinin mümkün olmadığını görən sərnişinlər arasında panika yaşanıb. Maşinistlər sərnişinləri qatardan təxliyyə edib. Təxminən 15 dəqiqəyə yaxın davam edən bu situasiyadan sonra qatarın hərəkətini bərpa etmək mümkün olub.
***
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı musavat.com-a açıqlama verib. O bildirib ki, hadisənin baş verməsinə səbəb qatarda yaranan texniki nasazlıq olub: "İçəri Şəhər" stansiyasından "Həzi Aslanov" istiqamətində hərəkət edən 11 saylı qatar texniki nasazlıq səbəbindən işə düşmədi. Bu səbəbdən problem həll olunana qədər təxminən yarım saat ərzində qeyd olunan stansiyada qatar hərəkətsiz olaraq qaldı. Lakin artıq problem öz həllini tapıb".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












