Metronun hərəkətində dəyişiklik: “28 May”da sərnişinləri nə gözləyir?

Metro sərnişindaşımaların bütöv həcmini əhatə etmir. Metronu ictimai nəqliyyatla koordinasiya edirlər. Elə stansiyalar var ki, orada tədricən cazibə mərkəzləri əmələ gəlir. Belə stansiyalarda sərnişin sayı digərlərindən daha çox olur".
Bunu nəqliyyat eksperti Fərhad Eyyubov bildirib.
O, Bakı Metropoliteninin fəaliyyətində gözlənilən dəyişiklikləri şərh edib.
Xatırladaq ki, metropolitenin "28 May" stansiyasında kəsişərək birləşən "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması düşünülür. "Dərnəgül" elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması üçün təxminən "Cəfər Cabbarlı" və "Nizami" stansiyasiyaları arasında 200 metrlik əlaqə yaratmaq üçün tunelin inşası planlaşdırılır.
"Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində metronun "28 May" stansiyası qismən bağlanacaq. "28 May"dan "Dərnəgül" istiqamətində qatarların hərəkəti olmayacaq. Qatarlar "Dərnəgül"- "Nizami" stansiyaları arasında hərəkət edəcək. Bu zaman həmin xəttə "Dərnəgül" elektrik deposu xidmət göstərəcək.
Öz növbəsində, Fərhad Əyyubov deyilənə əlavə edib:
“Ümumən, bu uzunmüddətli bir layihədir. Birdən-birə sərnişin axınına təsirləri müəyyən etmək olmur. Metronun avtobus marşurtu ilə əlaqəsi dəyişən kimi yeraltı nəqliyyatdan istifadə edən sərnişinlərin sayı da dəyişir.
Bu nöqteyi-nəzərdən, ola bilsin ki, ictimai nəqliyyat üçün yeni marşurtlar açılsın. Ona görə də, öncədən nəsə demək çətindir. Bunlar əsaslandırılmış şəkildə olmalıdır. Bəzən yolların özünün istiqamətini dəyişəndə həmin nəqliyyat vasitələrinin həmin istiqamətdə gedişləri artır və yaxud azalır”.
Ekspert qeyd edib ki, “28 May” stansiyasının qismən bağlanması sərnişin sıxlığına ciddi təsir göstərəcək:
“Onsuz da metronun sıxlığı ictimai nəqliyyatın özünün yükgötürmə qabiliyyətindən asılıdır. Bəzi yerlərdə avtobuslar sərnişinləri təyin olunan istiqamətlər üzrə daha rahat daşıyırsa, onda həmin istiqamətlər üzrə metroların sıxlığı da azalır. Bu mövzuda yerüstü nəqliyyat vasitələrinin üzərinə böyük yük düşür.
“28 May” stansiyasının qismən bağlanması sıxlığa ciddi təsir göstərəcək. Çünki hazırda belə metroda müəyyən vaxtlarda sərnişin axını intensiv olur. Fikir verin, interval bir balaca geciksə və sərnişin sayı artsa əlbəttə ki, metro daşımalarında gərginlik olacaq. Bakı şəhərində nəqliyyat və sərnişindaşıma məsələlərinə kompleks şəkildə baxılmalıdır”.(yeni.sabah)
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO










