Metronun üstündə satılan qarğıdalı hansı təhlükə yaradır? - FOTO

Paytaxtın Nəsimi rayonu 20 Yanvar metrosunun çıxışında bişmiş qarğıdalı satılır. Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilərin narazılığına səbəb olub.
Belə ki, görüntüləri sosial şəbəkələrdə yayan şəxs bildirib ki, kiçik bir qəza zamanı həmin isti qazan metrodan çıxan adamların üzərinə aşa və insanların həyatına təhülükə yarada bilər.

“Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydaları”na əsasən:
Səyyari (mövsümi) ticarət və xidmət zamanı qanunvericiliklə qadağan olunmuş malların satılması, xidmətlərin göstərilməsi, həmçinin aşağıdakı malların satılması və həmin fəaliyyətlə bağlı xidmətin göstərilməsi qadağandır:
- qiymətli və yarımqiymətli daşlardan, qiymətli metallardan hazırlanmış məmulatlar;
- ancaq elektrik şəbəkəsindən qidalanan mürəkkəb-texniki malların (radio, televizor malları, elektrik məişət cihazları və digər elektrik malları);
- səs gücləndirici cihazlardan istifadə etməklə audio kassetlərin satışı;
- ət və ət məhsulları;
- süd və süd məhsulları;
- balıq və quş, onlardan hazırlanmış məmulatlar;
- çörək;
- tez xarab olan ərzaq məhsulları (onları saxlamaq üçün özü hərəkət edən avadanlıqlardan istifadə edilməsi istisna olmaqla);
- funksional göstəricilərini yoxlamaq üçün xüsusi şərait və vasitələr tələb olunan məhsullar;
- spirtli içkilər və tütün məmulatı.
Qanun layihəsi 2000-cu ildə qəbul edilməsinə baxmayaraq 2024-cü ildə belə hallarla rastlaşmaq vətəndaşların haqlı narazılığına səbəb olur. Aidiyyatı qurumlardan məsələni təcili nəzarətə götürmək və problemi həll etməsi gözlənilir.
Səfər Əlizadə
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










