Metropolitenin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov Prezident İlham Əliyevin Sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.
Avtosfer.az xatırladır ki, Vüsal Aslanov 2016-cı ilin sentyabr ayından "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini vəzifəsində çalışıb.
V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2020-ci ildə "Maastricht School of Management"i bitirib.
2004-cü ildən "Azərinşaatservis" MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb.
2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis" MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
V.Aslanov 2010-2014 illərdə "Azərinteltek" QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon" ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park" MTK-nin sədri vəzifəsində çalışıb. 2015-2016-cı illərdə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri vəzifəsində işləyib.
Evlidir, 3 övladı var.

Qurbanov getdi, İsrafilov gəldi – Rüşvət yerində qalır - Parça-parça olan Azərbaycan səhiyyəsi
Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO
İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI
Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? – RƏSMİ - VİDEO
Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO











