“Metroya minə bilmədim, 3-4 vaqon buraxdım” - Deputat

“Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqət çəkdi. Bakıdakı tıxacların qarşısını almaq üçün alternativ təklif etdi”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.
“Mən bunu alqışlayıram. Ümid edirəm ki, digər nazirliklər, məmurlar, dövlət qurumları da aksiyaya qoşulacaqlar. Ancaq etiraf edək ki, pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər saat 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu. 3-4 vaqon buraxmalı oldum. Hesab edirəm ki, məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz”, - deyə Naqif Həmzəyev ictimai nəqliyyatdakı problemi gündəmə gətirib.
Modern.az
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












