Məzuniyyətə gələn əsgəri maşın vurdu

Kürdəmir rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alan var. Hadisə Kürdəmir şəhərinin Babək küçəsində qeydə alınıb. Rayon sakini, 1971-ci il təvəllüdlü Rzayev Baba Hüseynağa oğlu 10-BN-232 dövlət nömrə nişanlı, “QAZ 2410” markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yolun kənarındakı səkidə hərəkət edən piyadanı - 1996-cı il təvəllüdlü Atayev Rəşadət Yaşar oğlunu vurub. “N” saylı hərbi hissəsinin əsgəri olan Rəşadət Atayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Maşın isə ağaca çırpılıb və sürücü Baba Rzayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, mərhum əsgər Rəşadət Atayev 7 ay əvvəl hərbi xidmətə gedib. Bakı şəhərində hərbi xidmətdə olan əsgər Ramazan bayramı ilə əlaqədar yaşadığı rayona məzuniyyətə gəlibmiş. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












