Millət vəkili: “Sərhədlərin bağlı olmasına görə əhali əziyyət çəkir”

Ötən ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatın dünyada pandemiyanın başa çatdığını və COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını bildirib. Belə ki, əksər ölkələrdə karantin rejimində maksimum yumşalmalar aparılıb, bəzilərində isə rejim ümumiyyətlə ləğv edilib. Azərbaycanda da karantin rejiminin kifayət qədər yumşaldılamsına, bəzi istiqamətlərdə nəzarətlərin aradan qaldırılmasına rəğmən, hələ də karantin rejiminin uzadılması əhalini bəzi hallarda narahat edən məsələlərdən biridir.
Məsələ ilə bağlı deputat Fazil Mustafa Avtosfer.az-a açıqlamasında deyib ki, karantin rejimin uzadılmasında əsas məsələ dövlətin və hökumətin mülahizələrinin zərurətidir.
“Yaxşı olardı ki, bu uzadılma məsələsinə son qoyulsun və vətəndaşlar bütün istiqamətlərdə sərbəstlik əldə etsin və ölkədəki iqtisadi həyat daha çox canlansın”.
Sərhədlərin nə vaxt açılmasına gəlincə, millət vəkili bildirib ki, bu məsələ ilə bağlı hansısa açıqlama vermək çətindir, çünki bütün məsələlər yalnız hökumət tərəfindən müzakirə olunur və sonda hökumət tərəfindən qərar verilir.
“Bu mövzuda yaranan əsas problem ondan ibarətdir ki, əhalinin xeyli hissəsi əziyyət çəkir. Xüsusilə Gürcüstanda yaşayan həmyerlilərimizlə yanaşı tələbələr və hansısa xəstəliklərdən əziyyət çəkən vətəndaşların ölkədə giriş-çıxış məhdudiyyətləri ilə üzləşməsi çox ciddi problemdir. Bəzi şəxslər müalicə üçün ölkə xaricinə çıxmalıdır. Bu məsələnin həlli istiqamətdə yaxın müddətdə tədbirlər görülməsi yaxşı olardı”.
Səfər Əlizadə
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












