Milli Məclis növbədənkənar seçki ilə əlaqədar Prezidentə müraciət edib - YENİLƏNİB

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.
Avtosfer.az xəbər verir ki, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.
Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.
***
11:35
Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.
Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.
Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.
***
11:08
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib.
Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkinin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
(report)
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB










