Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi”

Son günlər cəmiyyətdə, o cümlədən sosial şəbəkələrdə müharibəyə çağırışların tez-tez şahidi oluruq. Hətta əksəriyyət müharibəyə hazırlığın artıq başlandığını düşünür.
Bu barədə Modern.az-a danışan Milli qəhramanlar da öz fikirlərini səsləndiriblər.
Milli Qəhrəman Ehtiram Əliyev bildirib ki, artıq müharibə olması zəruridir: “İyirmi-otuz ildir ki bizim gözləmək mövqeyi tutmağımız utancverici bir haldır. Əlbəttə ki, hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq. Döyüşərkən bizim əsas fəlsəfəmiz ölmək deyil, öldürmək olmalıdır”.
Milli Qəhrəman Vahid Quliyev isə müharibəyə başlamazdan əvvəl böyük dövlətlərin münasibətinə baxmalı olduğumuzu vurğulayıb: “Əslində son hadisələrlə bağlı məlumatım yoxdur, lakin müharibəyə çağırış artıq çoxdan olmalı idi. Torpaqlarımızı yalnız ordumuzla, müharibə yolu ilə geri almaq mümkündür. Bu hadisədə Rusiya amilini də gözdən qaçırmaq olmaz. Bu günə kimi torpaqlarımızın işğal altında olmasının ən böyük səbəbkarı elə o dövlətdir. Əsas sual budur ki, müharibə vəziyyətində Rusiyanın hadisəyə münasibəti necə olacaq? Bu amilləri nəzərə aldıqdan sonra müharibə qərarı vermək mümkündür.
Təəssüf ki, Rusiya və İran, habelə bütün xristian dininə inanan dövlətlərin Ermənistan tərəfində olacağı bəllidir. Elə bunun ucbatından Ermənistan beynəlxalq aləmdə hələ də işğalçı kimi tanınmır, Tovuz hadisələrinə də reaksiya verilmədi. Müharibə yolunu seçməli olduğumuz aydındır, lakin içində olduğumuz vəziyyət nəzərə alınmalıdır. Bizim qarşımızda təkcə Ermənistan olduğu halda narahatçılığa ehtiyac yoxdur. Qardaş və dost ölkə Türkiyənin bizə dəstək olacağından heç bir şübhəmiz yoxdur. Belə olan halda biz torpaqlarımızı işğaldan azad edə bilərik”.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












