Minimum əməkhaqlarının artırılması özəl sektorda işləyənlərə təsir edəcək? – DEPUTATDAN AÇIQLAMA

Ötən ay ölkədə minimum əməkhaqqı və minimun pensiya məbləğinin gələn ilin əvvəlində artırılması ilə bağlı rəsmi açıqlama verildi.
Avtosfer.az xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirildi ki, gələn ildən minimum əməkhaqqı məbləği 400 manat olacaq. Vətəndaşları bu məsələdə narahat edən sual isə, artırılan minimum əməkhaqqı məbləği özəl sektora necə təsir etməsi ilə bağlıdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili saytımıza açıqlamasında deyib ki, nəzərdə tutulan artım bütün əmək sisteminə birbaşa və dolayı yolla təsr edəcək:

“Özəl sektorda çalışanların minimum əməkhaqqına edilən artım əsasən iki istiqamətdə olur. Birinci istiqamət odur ki, əməkhaqqı məbləği müəyyən edilmiş minimum əməkhaqından aşağı təyin edilən işçilərin yeni əməkhaqları müəyyən ediləcək həddə qədər qaldırılır. Bu müəyyən sayda vətəndaşın əməkhaqqının artırılması ilə nəticələnəcək. Bu həm də orta və yuxarı həddə əməkhaqqı alan şəxslərlə bağlı da artım ediləcəyi deməkdir. İkinci istiqamət isə, təbii ki, dövlət sektorunda minimum əməkhaqqının artırılması bütövlükdə dövlət sektorunda əməkhaqqı sisteminda artıma gətirib çıxaracaq. Bu da rəqabət şəraitində özəl sektorda çalışanların da əməkhaqlarına müsbət təsir edəcək. Ölkədəki əmək qanunvericiliyi və İnzibati Xətalar məcəlləsinə əsasən müəyyən edilmiş minimum əməkhhaqından aşağı əməkhaqqı vermək qadağandır”.
Qeyd edək ki, bu qanunu pozan sahibkarlar İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən 1000 manatdan 1500 manata qədər cərimə olunurlar.
Səfər
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










