Miqrantlar elektron proqramla izlənəcək - Siyahıda Azərbaycan da var

Sentyabrın 1-dən etibarən Moskvada miqrantları izləməyə imkan verəcək elektron monitorinq tətbiqi istifadəyə veriləcək. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin açıqlama yayıb. Bildirilir ki, yeni sistem miqrantların harada olduqlarını öyrənməyə imkan verəcək. Məlumata görə, bu təcrübə eksperiment kimi tətbiq edilsə də, uğurlu olacağı təqdirdə bütün Rusiyada istifadə ediləcək. Miqrantları izləyəcək proqram isə “Amina” adlanır. Moskva meri bildirib ki, Moskvaya işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları üçün bu proqramı mobil telefonlarına yükləmək məcburidir. Bir ildən sonra isə bu yenilik digər ölkələrdən Moskvaya gələn əcnəbilərə də şamil olunacaq. Moskvada miqrant problemləri ilə məşğul olan hüquq müdafiəçiləri isə elektron nəzarətin bu səviyyədə tətbiqini ev dustaqlığında və ya digər azadlıq məhdudiyyətlərində olan insanlar üçün istifadə edilən elektron qolbaqlara bənzədiblər. Onların fikrincə, bu qayda mahiyyət etibarilə miqrantları ölkədə sıxışdırmağa yönəlib.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












