Miqrasiya ilə bağlı hansı yeniliklər ediləcək? - DEPUTAT

Milli Məclis miqrasiya sahəsində inzibati prosedurların elektronlaşdırılmasına dair qanun dəyişikliklərini son oxunuşda qəbul edib.
Avtosfer.az xəbər verir ki, dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciətlər daha geniş şəkildə elektron qaydada həyata keçiriləcək. Məqsəd xidmətlərin daha operativ, şəffaf və əlçatan olmasını təmin etməkdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Avtosfer.az-a açıqlamasında bildirib ki, miqrasiya sahəsində rəqəmsallaşmanın yeni dövrün tələblərinə uyğun olaraq genişləndirilməsi önəmli addımlardan biridir. Millət vəkili qeyd edib ki, bu istiqamətdə yeni qanun layihələrinin qəbul edilməsi və qanunvericiliyə dəyişikliklərin edilməsi həm Azərbaycan vətəndaşlarının, həm də ölkədə olan əcnəbilərin maraqlarına cavab verən müsbət yanaşma kimi qiymətləndirilməlidir:

"Çünki söhbətə rəqəmsal transformasiyadan, dövlət qurumları ilə vətəndaşlar arasında birbaşa təmasın minimuma endirilməsindən gedir. Bu isə xidmətlərdən istifadə edən şəxslərin məmnunluğunun artmasına xidmət edir. Hazırda vətəndaşlar və əcnəbilər bəzi xidmətlərdən istifadə zamanı bürokratik maneələr və vaxt itkisi ilə üzləşirlər. Məsələn, bu yaxınlarda bizə müraciət edən bir vətəndaş “ASAN xidmət”də cəmi bir sənədi təqdim etmək üçün uzun müddət gözlədiyini bildirmişdi. Bu kimi hallar göstərir ki, rəqəmsal transformasiyanın sürətlə getdiyi indiki dövrdə elektron hökumət imkanlarından maksimum istifadə edilməsi zəruridir. Bu da nəticə etibarilə vətəndaş məmnunluğunun artmasına səbəb olur. Rəqəmsallaşmanın əsas üstünlükləri vaxt itkisinin minimuma endirilməsi, sənəd dövriyyəsinin elektronlaşdırılması və əks-əlaqə mexanizmlərinin daha operativ işləməsidir. Vətəndaş elektron qaydada müraciət etdikdən sonra müraciətinin vəziyyəti barədə elektron poçt və ya digər rəqəmsal platformalar vasitəsilə operativ məlumat ala bilir. Beləliklə, daha çevik xidmət sistemi formalaşır. Bundan əlavə, insanların dövlət qurumlarına gedib-gəlməsi zərurəti aradan qalxdığı üçün həm vaxt, həm də maddi xərclər azalır. Dövlət qurumu ilə vətəndaş arasında əlaqə tam elektron platformalar üzərindən qurulur ki, bu da xidmətlərin operativliyini artırır".
Azər Allahverənov onu da vurğulayıb ki, bu yenilik miqrasiya xidmətlərinin daha şəffaf göstərilməsinə də mühüm töhfə verəcək:
"Elektron sistem vasitəsilə həm xidmət göstərən qurumların fəaliyyəti daha asan nəzarətdə saxlanılır, həm də vətəndaş müraciətinin hansı mərhələdə olduğunu izləyə bilir. O, müəyyən olunmuş vaxt çərçivəsində müraciətinə cavab alacağını bilir və artıq bürokratik maneələrlə qarşılaşmır. Bu da şəffaflığın və hesabatlılığın güclənməsinə xidmət edir. Operativlik baxımından da bu yenilik mühüm əhəmiyyət daşıyır. Proseslər əvvəlcədən müəyyən edilmiş prosedurlar və vaxt çərçivələri əsasında həyata keçirilir. Vətəndaş hansı mərhələdən keçəcəyini və cavabı nə vaxt alacağını əvvəlcədən bilir ki, bu da xidmətlərin daha səmərəli təşkilinə imkan yaradır. Ümumilikdə, bu dəyişikliklər müasir rəqəmsal transformasiya prosesinin tərkib hissəsidir və dövlət xidmətlərinin daha əlçatan, operativ və şəffaf göstərilməsinə xidmət edir. Eyni zamanda, dövlət qurumları ilə vətəndaşlar arasında etimadın möhkəmlənməsinə də müsbət təsir göstərir. Bu baxımdan qanunvericiliyə edilən dəyişikliklər gələcəkdə daha effektiv və müasir miqrasiya xidmətlərinin formalaşmasına mühüm töhfə verəcək".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












