MN-in sabiq idarə rəisinin məhkəməsi: Bu işə cəmi 500 manata görə razılıq vermişəm

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə həbs edilmiş Rəşid Məmmədov şahid qismində ifadə verib.
Rəşid Məmmədov 14 saylı MMC-nin təsisçisi olduğunu bildirib:
“TRİUNF TT MMC ilə Müdafiə Nazirliyində tenderin qalibi olmuşam. 1 milyon 500 min manat dəyərində müqavilə imzalanıb. Cəmi 500 manata görə bu işə razılıq vermişəm. Etibarnaməm olub, amma kimin adına olduğunu xatırlamıram. Mənə Zahid avtomobilində sənədlər verib, mən də həmin sənədlərə imza etmişəm. Həmin sənədlərdə nə yazılmasından xəbərim olmayıb”.
Rəşid Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Şahid əlavə edib ki, həbs olunana kimi onun adına açılan şirkətlərin 2 milyon manat ziyanın olmasından xəbərsiz olub. Şahid deyib ki, ziyanın ödənilib-ödənilməməsindən də xəbərsizdir.
Şahid həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən Məlikməmməd Qurbanovu heç vaxt görməyib, onu tanımır.
Məhkəmə şahid Rəşid Məmmədovdan niyə cəmi 500 manata bu boyda işin altına girdiyini soruşub?
Rəşid Məmmədov heç bir şeydən xəbəri olmadığını deyib.
Şahid Allahverdi Rzayev məhkəməyə gəlmədiyi üçün məhkəmə təxirə salınıb.
Növbəti məhkəmənin tarixi 19 iyula təyin olunub.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












