MN: Vətəndaşları hərbi formaya hörmətlə yanaşmağa çağırırıq

Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur.
Müdafiə Nazirliyindən Avtosfer.az-a bildirilib ki, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir: “Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsinin qadağan olması məhz həmin Fərmanda qeyd olunub.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Bütün vətəndaşlarımızı hərbi formaya hörmətlə yanaşmağa çağırırıq”.
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI












