Mollanın çin dilində azan oxuması qalmaqal yaratdı – MƏQSƏD NƏDİR? - VİDEO

İranda məscidlərin birində mollanın çin dilində azan oxuması böyük marağa və eyni zamanda qınağa səbəb olub. Molla, azanı çin dilində səsləndirərək, məsciddə olan hər kəsə gözlənilməz sürpriz yaşadıb və bu vəziyyət gülüş doğurub. Çoxları bunu dinin ələ salınması kimi qarşılasa da, bəziləri qlobal mənəviyyatın sərhədlərinin aşılması kimi dəyərləndirib. Hətta bildirilir ki, molla daha başqa dillərdə də azan oxumağı sınayacaq.
Avtosfer.az-ın məlumatına görə, məsələylə bağlı ilahiyyatçı Fazil Əhməd Bizim.Media-ya bildirdi ki, əsl din xadimi dini gözdən salacaq addım atmamalıdır:
Çinin özündə azan ərəbcə oxunur
“Əvvəlcə dezinformasiya olduğunu zənn etsəm də, sonra videonu görüb təəssüfləndim. Çünki dəfələrlə baxış toplamaq üçün insanların libas dəyişdirib belə videoçarxlar çəkdiyini sosial şəbəkələrdən görmüşük. Heç bir müsəlman ölkəsində rəsmi din xadimi belə hərəkət eləməz. Amma məscid imamının belə hərəkət etməsi doğru deyil. Bir din xadimi bilməlidir ki, azan başqa dildə oxuna bilməz. Çinin özündəki məscidlərdə də azan ərəbcə oxunur”.
İlahiyyatçının sözlərinə görə, vaxtilə Türkiyədə azanın türkcə oxunmasına qərar verilmişdi.
“Bu, istənilən halda bidət sayılır, yəni dində olmayan bir şeyin sonradan daxil edilməsidir. Hədislərdə də bildirilir ki, dinə bidət gətirən, lazımsız yenilik edən şəxsləri cəhənnəm əzabı gözləyir. Məsələn, namazı Azərbaycanca qılmaq da, namazı ancaq Ramazan ayında qılmaq da bidətdir və dində qəbul olunmur, şəriətdə haramdır”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












