Moped sürücülərindən şikayətlərə son qoyulur - Vəsiqə tələb olunacaq

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Milli Məclis bu gün qanun layihəsini təsdiqləyib.
Maraqlıdır ki, buna hansı zərurətlərdən ehtiyac yarandı?
“Moped sürücüləri ilə bağlı son zamanlar həm piyadalar, həm də digər nəqliyyat vasitəsindən istifadə edən sürücülər də narazılıq edir. Moped sürücülərinin fərqləndirici nişanı və yaxud da sürücülük təcrübəsi olmalıdır”.
Bu sözləri Ednews-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
“Pandemiya dövründə moped sürücülərinin sayı xeyli artım müşahidə olundu. Bu onlayn çatdırılma xidməti ilə əlaqəli idi. Ümumiyyətlə, sürücülük anlayışı olmayan insanlar mopedlərin sükanı arxasındadır. Qanunun tələbi ondan ibarətdir ki, həmin şəxslər A1 alt kateqoriyalı sürücülük vəsiqəsi əldə etməlidirlər. Bu o deməkdir ki, bununla onların yol hərəkəti ilə bağlı bilik və bacarıqları, təcrübələri olacaq. Bu istiqamətdə yol hərəkəti təhlükəsizliyinin təminatı ilə bağlı addımlar atılacaq”.
Ekspertin sözlərinə görə, bunun nəticəsində qəzaların, ağır fəsadların sayı azala bilər.
“Həm də əgər hər hansı qayda pozuntusu olarsa dövlət nişanı olduğuna görə xüsusi texniki vasitələrlə həmin sürücülər barəsində protokol tərtib ediləcək. Belə olduqda həmin sürücülər də məsuliyyəti hiss edəcəklər. Bu nəqliyyat vasitələrini istədikləri yerdə saxlamayacaq, piyada keçidlərində, səkilərdə təhlükə yaratmayacaqlar. Qanundakı yeniliyi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün atılan addım kimi qiymətləndirirəm”.
E.Muradlı həmçinin qeyd edib ki, xarici ölkələrdə də analoji addımlar atılıb. Müsbət nəticələr əldə olunub.
“Hər bir yenilik özü ilə problemlər də gətirir. Onlardan da biri mopedlərlə bağlı idi. Dövlət qanunvericilik səviyyəsində buna müdaxilə etməli oldu. Ümid edirəm ki, bu qanunun qəbul edilməsinin müsbət faydaları olacaq”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












