Motofestival zamanı bədbəxt hadisə - Şəkidə

Bu gün Şəki şəhərində start götürən 4-cü Beynəlxalq Moto Festivalı zamanı bədbəxt hadisə baş verib. Avtosfer.az report-a istinadən xəbər verir ki, yerli və xarici baykerlərin iştirakı ilə təşkil edilən festivalda qəza baş verib. Belə ki, baykerlərdən biri, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Babayev Elçin Fikrət oğlu idarəetməni itirərək motosikleti yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində sürücü və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qızın vəziyyəti ağır olduğundan, o Reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül kəllə-beyin travması alan Elçin Babayevin vəziyyəti isə qənaətbəxşdir.
Hadisə Şəki Olimpiya Kompleksinə yaxın ərazidə baş verib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












