Motosikletçilərimiz Azərbaycanı tərk etdiilər - VİDEO

"Harley Devidson"un Bakı klubunun üzvləri Xorvatiyada keçiriləcək festivalda iştirak etmək üçün bu səhər yola düşüblər. Devizləri isə budur - Azərbaycanı Avropada tanıdaq. Dünyanın əksər ölkələrinin "Harley Devidson" sahibləri Xorvatiyada bir araya gələcəklər. Möhtəşəm "Harley Devidson" festivalında ilk dəfə olaraq Azərbaycanı "Harley Devidson"un Bakı klubu təmsil edəcək. Klub üzvləri səhər saatlarından etibarən Dövlət Bayraq Meydanı ətrafına toplaşmışdılar. Baykerlərimiz "Azərbaycanı Avropaya tanıtdıraq" devizi altında motoyürüşə hazırlaşırdılar. Onları uzun bir yolçuluq gözləyir.
Moto yürüş iştirakçısı Elmar Zahirov deyir: “Bizim yolumuz bir neçə ölkədən keçəcək. Bayraq meydanından çıxırıq. Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya və inşallah Xorvatiyaya gəlib çatarıq”.
Motoyürüş iştirakçıları yol üçün lazım olan tədbirləri də əvvəlcədən görüblər. Onlar Avropanın bir çox ölkələrindən keçməklə nə az, nə çox - düz 8 min kilometr yol qət etməli olacaqlar.
“Uzun bir səfər olduğuna görə biz lazımi tədbirlər görmüşük. Ən vacib olan əşyaları, ləvazimatları özümüzlə götürmüşük. Əvvəlcədən planlaşdırdığımız nöqtələr olacaq ki, orada yanacaq və qida ilə təmin ediləcəyik”,- deyə motoyürüş iştirakçısı Elmar Mirsalayev bildirir.
Yürüş iştirakçıları yol boyu Azərbaycana aid abidələri də ziyarət edəcəklər.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyir: “Əsas məqsəd Azərbaycanımızı Avropaya başqa cür tanıtdırmaqdır. Yəni motoyürüş şəklində. Eyni zamanda, Heydər Əliyev Fonduna da təşəkkürümü bildirmək istəyirəm ki, bizi lazım olan materiallarla, kitablarla, broşürlərlə təmin edib. Onları görüşlərimiz zaman avropalılara təqdim edəcəyik. Biz, ümumiyyətlə, əlimizdən gələni edəcəyik ki, Qurtuluş gününü Avropanın mərkəzində təntənəli şəkildə qeyd edək. Və düşünürəm ki, bu hadisə tək Azərbaycanda deyil, bütün Avropada da izlənilir - "Harley Devidson" şirkəti tərəfindən”.
Bütün hazırlıqlar yekunlaşandan sonra yürüş Bayraq meydanından start götürdü. Baykerlərimiz 6 gün yolda olacaqlar. İyunun 12-dən 15-dək bütün "Harley Devidson" sahiblərinin yığıncağında Azərbaycanı təmsil etdikdən sonra yenidən vətənə dönəcəklər. Baykerlərmiz artıq Gürcüstan ərazisini keçirlər.
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR










