MŞ Qulu Məhərrəmli və Vüsalə Mahirqızına plaket təqdim edib - FOTO

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Şuradan Avtosfer.az-a verilən xəbərə görə, iclasda dekabrın 25-də təyyarə qəzasında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Əvvəlcə İdarə Heyətinin ötən iclasından bəri MŞ-nin gördüyü işlərə dair məlumat dinlənilib.
Rəşad Məcid hesabat dövründə Şuraya ünvanlanmış iki şikayətlə bağlı müvafiq tədbirlərin də reallaşdırıldığını diqqətə çatdırıb.
Toplantıda İH üzvləri – APA Groupun rəhbəri Vüsalə Mahirqızına APA-nın 20 illiyi, BDU-nin Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliyə 70 illik yubileyi ilə əlaqədar Şuranın təbrik plaketləri təqdim olunub. Qulu Məhərrəmliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Prezident sərəncamı bütövlükdə ölkə jurnalistikasına verilən növbəti dəyər nümunəsi kimi dəyərləndirilib, buna görə dövlət başçısına təşəkkür edilib.
İclasda dekabrın 25-də baş vermiş təyyarə qəzasının işıqlandırılması məsələlərinə də toxunulub. Bildirilib ki, MŞ-nin, ümumən, ekstremal şəraitlərdə jurnalistlərin davranışları ilə əlaqədar tövsiyələr hazırlamasının, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na müvafiq əlavələrin edilməsinin zəruriliyi üzərində dayanılınb.
Vurğulanıb ki, media təmsilçilərinin bədbəxt hadisə nəticəsində zərər çəkmiş şəxslərlə münasibətlərində ikincilərin düşdükləri durumu mütləq qaydada nəzərə almaları şərtdir. Onlara sual xatirinə sual verilməməli, vəziyyətlərinə həssas yanaşılmalı, cavablarının ictimai maraqlara, cəmiyyətin informasiya almaq hüququnun təminatına nə dərəcədə adekvat ola biləcəyi barədə düşünülməli, ajiotaj yaratmamalıdırlar. Habelə, ekstremal situasiyaların işıqlandırılmasında zərərçəkənlərin yaxın qohumlarının, doğmalarının yayılmış informasiyaları emalında sarsıntı keçirə bilmə ehtimallarına da ciddi şəkildə diqqət yetirilməlidir.
Toplantıda Medianın İnkişafı Agentliyinin start verdiyi media savadlılığı həftəsinin əhəmiyyəti vurğulanıb.
İH üzvləri çıxışlarında informasiyanın artan qlobal mahiyyətinə də toxundular, bununla əlaqədar misallar gətirdilər. Bu baxımdan peşəkar kadrların hazırlanmasının vacibliyi üzərində dayanıldı və diqqətə çatdırıldı ki, Azərbaycanın ayrı-ayrı təhsil ocaqlarında jurnalistika fakültələri fəaliyyət göstərirlər. Ancaq məsələyə daha sistemli yanaşılması üçün media sahəsində ayrıca ali məktəbin formalaşdırılması günün təxirəsalınmaz tələbidir. Çünki həm media özü dinamik struktura malikdir, həm də informasiya amili ölkələrin milli təhlükəsizlik məsələsi kimi özünü daha qabarıq formada göstərməkdədir.
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO
İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI
Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? – RƏSMİ - VİDEO
Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO
İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…














