Mübariz İbrahimovun xatirəsinə motoyürüş keçirilir

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə motoyürüş keçirilir. Anspress-in məlumatına görə, Naxçıvanlı bayker Emil Əlizadə erməni qəsbkarları ilə döyüşdə inanılmaz şucaət göstərərək şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətinin 4-cü ildönümünü moto yürüşlə qeyd edib. Qarabağ müharibəsi veteranı motoyürüşünə bu gün səhər saat 8-də Naxçıvandan start verib. Culfa keçid məntəqəsindən İran ərazisinə, Biləsuvar keçid məntəqəsindən Azərbaycana daxil olan bayker 1200 km-dən çox məsafə qət edərək axşam saat 19 radələrində Milli Qəhrəmanın doğulduğu Əliabad kəndinə çatıb.
Naxçıvanlı bayker Emil Əlizadə deyir ki, "İlk növbədə Azərbaycan gənclərində vətənpərvərlik hisslərini oyatmaq, onların yadına salmaq istədim ki, vətən bizimdir, biz onu qorumalıyıq. Lazım olsa, Mübariz kimi canımızdan keçməyə hazır olmalıyıq. Eyni zamanda Mübarizlə bərabər bütün şəhidlərimizi yad etmək niyyətindəyəm".
Emil bu motoyürüşü ilə bütün şəhidlərin, o cümlədən 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olan atası Səyyad Əliyevin xatirəsini yad etdiyini deyir. Azərbaycanlı baykerin xatirə yürüşü Mübariz İbrahimovun valideynləri tərəfindən minnətdarlıqla qarşılanıb.
Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bildirir ki, "Emil Naxçıvandan bura gəlib. Emil bu hərəkəti ilə bizə anlatdı ki, vətənin obaş, bu başı yoxdur. Naxçıvan olsun, Biləsuvar olsun, hamısı bizimdir, yəni Azərbaycan bir ailədir. Üzərimizə düşən budur ki, Allah xatirinə biz bir olaq".
Mübariz İbrahimovun anası Şamama İbrahimova qeyd edir ki, "Hər yerdən gəlirlər, amma Emil oğlumuzun hərəkəti qürurvericidir, sağ olsun. Allah canını salamat etsin. O da bizim oğlumuzdur. Cavanların hamısını balamız kimi istəyirik. Emilin bu hərəkətindən çox qürur duydum".
Emil Əlizadə Mübariz İbrahimovun xatirə muzeyinə baş çəkib, həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış olub. Milli Qəhrəmanın valideynləri ilə görüşərək yoluna davam edib.
Xatırladaq ki, naxçıvanlı bayker sabah Bakıda Mübariz İbrahimovun məzarını ziyarət etdikdən sonra gəldiyi yolla Naxçıvana dönəcək.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










