Müfəttişlərdən qaçan sürücü özünü körpüdən atdı - VİDEO - FOTO

Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən insident faciə ilə nəticələnib. AzNews.az-ın avtovağzaldakı əməkdaşının verdiyi xəbərə görə, müfəttişlər sürücüdən sənədlərini tələb edərkən ikinci ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Onun vəziyyətinin pis olduğu bildirilir. Məlumata görə bu hadisə, vətəndaşlarla müfəttiş əməkdaşları arasında insidentə səbəb olub. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisəni Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb: “Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb”. Sürücünün körpüdən yıxılaraq xəsarət almasına gəlincə, bu barədə məlumatının olmadığını deyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı

















