Müğənni Elnarə yol polisinə qarşı plan hazırlayır - FOTO-VİDEO

Azərbaycanlı müğənni Elnarə Xəlilovanın idarə etdiyi “Jeep Wrangler” markalı avtomobil hələ də dayanacaq meydançasında saxlanılır. Müğənni hələlik avtomobilini cərimə meydançasından çıxartmaq üçün yol polisinə müraciət etməyib. Bu barədə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov anspress-ə məlumat verib. Onun sözlərinə görə, hələlik avtomobilin cərimə meydançasından çıxarılması barədə müğənni heç bir şəkildə müraciət etməyib. İndi də maşın cərimə meydançasında saxlanılıb. Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Lakin Elnarə Xəlilova bu barədə danışmaq istəmədiyini vurğuladı. “Mən bu barədə danışmaq istəmirəm. Mənim bu məsələdə öz planlarım var. Yaxın vaxtlarda bu barədə eşidəcəksiniz”, - deyə Elnarə Xəlilova bildirdi.
Qeyd edək ki, Azərbaycanın tanınmış müğənnisi Elnarə Xəlilovanın idarə etdiyi "Jeep Wrangler" markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb. Belə ki, paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünür ki, müğəninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb.
Video görüntülürdən görünür ki, “ELNARƏ” löhvəli avtomobili idarə edən müğənni Bakının Əzizbəyov heykəli yaxınlığındakı ərazidə yolla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl də edərək “salam” göndərir. Lakin bir neçə dəqiqədən sonra müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın “Azneft” meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı yerindəcə fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, görüntülərdəki 2013-cü il modelli “Jeep Wrangler” markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO














