Müğənni Elnarənin “Jeep”i hələ də cərimə meydançasında saxlanılır - VİDEO

Bir neçə gün bundan öncə müğənni Elnarə Xəlilovaya məxsus “Jeep” markalı avtomobil Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparılıb. ANS-in məlumatına görə, 13 iyul axşam saatlarında Elnarə Xəlilovaya məxsus avtomaşının dövlət nömrə nişanının üzərinə kustar üsulla hazırlanmış qeyri standart və üzərində müğənninin adı yazılmış löhvə aşkarlanmışdı. Bütün bunlar təhlükəsizlik kameralarında anbaan lentə alınıb. Sürücü xanım Azneft dairəsində yol polis əməkdaşları tərəfindən saxlanılır. Ancaq o, əmrə tabe olmaq istəmir. Hətta, adı yazılmış löhvəni özü qoparmaq istəyib. Lakin polis əməkdaşları buna imkan vermir. Və ona avtomaşınını cərimə meydançasına aparmaq üçün protokol təyin olunur. Bundan sonra müğənni bu azmış kimi avtomaşınını cərimə meydançasına apararkən Parlament prospektində yolun qadağan olunmuş hissəsində maşınını saxlayıb müşahidə kameralarına əl edib. Daha sonra o, yolda qəza şəraiti də yaratmaqdan çəkinməyib. Onun 99 FB 078 dövlət qeydiyyat nişanlı avtomobili artıq 6 gündür ki, cərimə meydançasında saxlanır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, onun avtomobili sürücünün yol hərəkəti qaydalarının kobud şəkildə pozduğu gündən cərimə meydançasında saxlanılır. Müfaviq olaraq protokol tərtib olunub.
Bundan başqa şöbə rəisi onu da bildirdi ki, Elnarə Xəlilova cərimə meydançasından avtomobilini götürmək üçün müraciət belə etməyib.
Problemlə bağlı elə Elnarə xanımın özü ilə əlaqə saxlamağa çalışdıq. Və suallarımızı ünvanlasaq da o, yalnız bir cavabla kifayətləndi və bildirdi ki, bu hadisə ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcək. Və hər şey orada aydınlaşacaq.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI















