Müharibə əlillərinə 100 avtomobil verildi – FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyulun 4-də cari ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verib. Bu kateqoriyaya aid əlilliyi olan şəxslərə avtomobillərin təqdim edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir. Tədbirdə bildirilib ki, ötən ay müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə minik avtomobilləri təqdim edilmişdi, indi isə bu kateqoriyadan olan daha 100 nəfərə avtomobillər verilir. 01 yanvar 2014-ci ilədək növbəyə duran Böyük Vətən Müharibəsi Əlilllərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl AES əlillərinin avtomobillə təminatının avqust ayında yekunlaşdırılması planlaşdırılır. Çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Qeyd edilib ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılıb. Avtomobil alanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əlil və şəhid ailələrinə mənzillərin təqdim edilməsi, əlillərin avtomobillə təmin edilməsində şəfaflığın və ictimai nəzarəitn təmin edilməsi məqsədilə mənzil və avtomobil alanların, növbədə dayananların siyahısı nazirliyin rəsmi internet saytının (www.eesmn.gov.az, www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim edilir.
Emin
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO













