Müharibələr davam edir: Bəs niyə neft ucuzlaşıb? - Ekspert AÇIQLADI - FOTO

Dünyada hazırda davam edən müharibələr iqtisadiyyatın bir çox sahələrində qiymətlərin artmasını səbəb olur. Lakin dünya iqtisadiyyatının önəmli dəyərlərindən olan neftin qiyməti ucuzlaşır. Dünyanın böyük qara qızıl emalçılarından olan Rusiyaya artıq 2 ildən çoxdur ki, Ukrayna ilə etdiyi müharibəyə görə sanksiyalar tətbiq edilir. Bundan başqa İranın da neft ixracı ilə bağlı sanksiya problemi var.
Lakin buna baxmayaraq neft ucuzlaşmağa davam edir. Buna səbəb nədir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimov Avtosfer.az-a açıqlamasında bildirib ki, neftin ucuzlaşması Azərbaycan neftinə də təsir göstərir. Çünki bunlar birjada satılır.

“Neft əslində ucuz deyil, amma ucuzlaşmağa doğru gedir. 75-80 dollar yaxşı qiymətdir. Pandemiyadan sonra qara qızıl 110-120 dollara qədər qalxmışdı. Səbəb isə “OPEC+”un hasilatı kəskin azaltması idi. Sonradan “OPEC+” bu məhdudiyyəti aradan qaldırdı və hasilatı genişləndirdi. Düzdür, qiymətlərin aşağı düşməsi səbəbi ilə iki-üç iclasda nəzərdə tutulan genişləndirməyə getmirlər, amma ümumi şəkildə dünyada neft bolluğu var. Baxmayaraq ki, İrana sanksiya tətbiq olunur, amma ucuz qiymətə Çinə neft satır”.
Ekspert onu da əlavə edib ki, Rusiya hasilatı azaltsa da, Hindistana, Çinə neft satır.
“Dünya iqtisadiyyatı ilə bağlı mütəmadi olaraq xəbərlər gəlir ki, Yaxın Şərqdə müharibə alovlanacaq, Fars körfəzi işləməyəcək. Amma bunların heç biri real deyil. İrana sanksiyalar bu gün tətbiq edilməyib. İllərdir bu proses davam edir. Yaxın Şərqdə gərginlik olsa da, Livan, Suriya və İsrail neft ölkələri deyil. İraqda, Birləşmiş Ərəb Əmirliklərində gərginlik yoxdur. Yəni neft satan ölkələr adi qaydada ticarət edir. Dünya iqtisadiyyatı ilə bağlı qiymətlər bazara görə uyğunlaşır. Yəni neft hasilatı olan ölkələr Kanada, ABŞ və Səudiyyə Ərəbistanı kifayət qədər ixrac edirlər”.

Eltac Zülfüqaroğlu
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










