“Münaqişə öz ərazisindən çıxıb, çünki Ermənistan şəhərləri uzaqdan atəşə tutur”

Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutması ilə bağlı xarici ölkələrin səfirləri və hərbi attaşelərinin iştirakı ilə brifinq keçirilir. Avtosfer.az-ın verdiyi xəbərə görə, konfransda Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi İkram Əliyev, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov çıxış edir.
Hikmət Hacıyev bildirib ki, Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər rayonlarını atəşə tutaraq eskalasiyanı daha da artırır:
“Hazırda münaqişə öz ərazisindən kənara çıxıb, çünki Ermənistan münaqişə zonasından xeyli uzaqda yerləşən şəhərləri atəşə tutur. Ermənistan eyni zamanda öz ərazisindən də Azərbaycanı atəşə tutur. Müstəqil Dövlətlər Birliyi tarixindən ilk dəfədir ki, Ermənistan bu cür dağıdıcı gücə malik ballistik raketləri sivillərin sıx məskunlaşdığı bu böyüklükdə şəhərə qarşı istifadə edir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün hazır vəziyyətə gətirilmişdi. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmini üçün həmin raket sistemlərinin zərərsizləşdirilməsi tədbirləri görülüb.
Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa görə təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün öz raket sistemlərini hazır vəziyyətə gətirmişdi. Azərbaycan həmin raket sistemini neytrallaşdırmaq üçün beynəlxalq hüququndan istifadə edir. Bundan öncə də Ermənistan Gəncəni və digər şəhərləri raket atəşinə tutub. Növbəti belə hal yaşanmaması üçün həmin hərbi obyektlər zərərsizləşdirilir”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











