Müqavimət göstərməyən mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir - Sergey Markov

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlıların kütləvi həbsinə və həmyerlilərimizə zorakılığa qarşı münasibət bildirərkən deyib.
O, Azərbaycan tərəfinin qəzəbinin məntiqli olduğunu bildirib.
"Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması-bu ki dəhşətdir. Bu belə olmamalıdır. Qəzəb də məntiqlidir Biz dəqiq araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik" deyə rusiyalı siyasi ekspert vurğulayıb.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Heydər Əliyev prospektində iş yerləri artdıqca səki problemi yaranır – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Klassik və sürət avtomobillərinin festivalı başa çatdı - FOTO - VİDEO
Xarici işlər nazirlərin üçtərəfli görüşü keçiriləcək
Qadınlar yol qəzalarında daha çox yaralanırlar - Gözlənilməz səbəb
Bakı-Tbilisi qatarı ilə Türkiyəyə gedə biləcəyik? - Yeni marşrutlar AÇIQLANDI
Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir - ADY rəsmisi
Masazırdakı bu yolun vəziyyətindən sürücülər NARAZIDIR - VİDEO
TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA










