Müsəlmanlar Qarabağın işğaldan azad edilməsini dəstəkləməlidirlər - İranlı ayətullah

Müsəlmanlar Azərbaycanın Dağlıq Qarabağının işğaldan azad edilməsini dəstəkləməlidirlər.
Avtosfer.az-ın Trend-ə məlumatına görə, bu iranlı din xadimi Ayətullah Nasir Məkarim Şirazinin bəyanatında qeyd olunub.
N.Məkarim Şirazinin sözlərinə görə, din xadimləri də Qarabağın işğaldan azad edilməsinə dəstəyə təkid edirlər.
Nasir Məkarim Şirazi bildirib ki, Dağlıq Qarabağın illərlə işğal altında qalmasından sonra, son vaxtlar bu bölgədə müharibə yenidən alovlanıb və müsəlmanların qanı axıdılır:
“Bütün bu məsələlərdə məsuliyyəti işğalçı Ermənistan daşıyır. İstənilən vasitəçilik, müzakirə və yaxud qərar Azərbaycanın ərazilərinin tam şəkildə işğaldan azad olunması ilə nəticələnməlidir.
Səmavi dinlərə əsasən, bütün peyğəmbərlər, xüsusilə Həzrət İsa zülmdən uzaq olmuşdu. Buna əsasən bütün xristianlar Ermənistan hökumətinə öz vəzifəsini yerinə yetirməsi, işğalçılığa son qoyması, zülmlər etməkdən çəkinməsi üçün tövsiyələr etməlidirlər”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











