Narkotik istifadə edən iki sürücü həbs edildi; vəsiqələri yox imiş - FOTO

Paytaxtda sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər həbs edilib
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. Məlumatda deyilir ki, paytaxt ərazisində sürücülük hüququ olmadan avtomobil idarə edən, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq bunu sosial şəbəkələrdə yayan, eləcə də nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən iki sürücü həbs edilib.
Tədbirlərlə qeyd edilən əməlləri törədən “Toyota” markalı avtomobilin sürücüsü Abdulla Şəfiyev və “Azsamand” markalı nəqliyyat vasitəsinin sürücüsü Elşad Əhmədov müəyyən olunaraq saxlanılıblar.
Qeyd edək ki, sürücü A.Şəfiyev saxlanılan zaman polisin qanuni tələbinə əməl etməyərək tabesizlik də göstərib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki sürücü 20 sutka inzibati qaydada həbs edilib.
Səfər
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












