Naxçıvanda dəmir yolu tam müasirləşdirilir - VİDEO

Naxçıvanda dəmir yolu tam müasirləşdiriləcək. Avtosfer.az xəbər verir ki, bununla bağlı ötən gün Kəlbəcər şəhər sakinləri ilə görüşdə Prezident İlham Əliyev məlumat verib. Dövlət başçısı qeyd edib ki, biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyir ki, Naxçıvan dəmir yollarında layihələndirmə mərhələsi yekunlaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq. Millət vəkili Hikmət Məmmədov deyir ki, görüləcək işlər böyük bir layihənin tərkib hissəsi olaraq mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, Zəngilana qədər dəmir yolunun inşasının gələn il başa çatması nəzərdə tutulub.
Daha ətraflı videomaterialda.
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb












