Naxçıvanda qeydiyyatda olan vətəndaşların NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətdə 2021-ci ilin 7 yanvar tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcəyi diqqətə çatırılır.
Bunun üçün DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə 012 590 64 43 və ya 012 590 64 31 telefon nömrələrinə hər gün saat 9:00-dan 19:00-dək zəng edərək, əvvəlcədən qeydiyyatdan keçməklə razılaşdırılmış vaxtda qəbul üçün xüsusi nömrə əldə edilməlidir.
Xüsusi nömrələrə əsasən vətəndaşların qəbulu növbəli qaydada xüsusi karantin rejimi tələbləri rəhbər tutulmaqla həyata keçiriləcək.
Bu baxımdan vətəndaşlardan xahiş olunur ki, yaşayış yerini və olduğu yeri tərk emək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə müvafiq SMS məlumat göndərməklə icazə verilən müddət ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə gəlsinlər.
İnzibati binaya buraxılış sosial məsafə gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tələb olunmaqla təmin ediləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












