Nazir müşaviri: “Dağlıq Qarabağdakı iqtisadi ziyan hesablanır”

"Azərbaycan Dağlıq Qarabağdakı hərbi qarşıdurmadan dəyən iqtisadi ziyanı hesablayır, lakin hələlik konkret rəqəmlərdən danışmaq çətindir".
“Report”un məlumatına görə, bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinə bildirib.
“Biz indi müxtəlif əhəmiyyətli mülki obyektlərə, o cümlədən Azərbaycanın strateji obyektlərinə atılan və ya atılmasına cəhdlər edilən artilleriya və raket zərbələrindən danışırıq. Yəni biz Azərbaycan iqtisadiyyatına dəyən ciddi ziyandan danışırıq. Təbii ki, hərbi əməliyyatlar, sürətlə gedən proseslər, dəyişən vəziyyət çərçivəsində bu gün dəqiq rəqəmlərdən danışmaq çətindir”, - E.Məcidov bildirib.
Onun sözlərinə görə, hazırda itkilərin hesablanması ilə məşğul olan qurumlararası və sektoral komissiyalar işləyir: “Mən sizi əmin edirəm ki, hesab təqdim ediləcək”.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











