Nazirlik və ABADA təqdimat keçirdi - VİDEO

İyun ayının 1-dən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyi arasında imzalanan Memoranduma əsasən Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi ABADA tərəfindən həyata keçirilir.
İyun ayının 9-da Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) “İcazə blankları”nın bölgüsü ilə bağlı yeni qaydalara həsr olunan təqdimatı keçirilib. Tədbirdə “İcazə blankları”nın bölgüsünə ümumi nəzarəti həyata keçirəcək Xüsusi Komissiyanın üzvləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti və 70-ə yaxın sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan ABADA-nın baş katibi Orxan Əfəndiyev “İcazə blankları”nın bölgüsünün yeni mexanizminin tətbiqinə yaranan zərurətdən bəhs edib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naizrliyinin şöbə müdiri Azər Əliyev “Avtomobil nəqliyyatı haqqında” Qanunda Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin və siyasətinin məqsədləri və Nazirliyin bu sahədə dövlət siyasətini həyata keçirərkən qarşıya qoyduğu əsas hədəflərdən danışıb. Birgə Əməkdaşlıq Memorandumunun əhəmiyyətini xatırladan Azər Əliyev, “İcazə blankları”nın bölgüsünün daşıyıcıların təmsil olunduğu Assosasiya tərəfindən həyata keçiriləcəyininin əhəmiyyətini vurğulayıb.
Tədbirdə “İcazə blankları”nın bölgüsünün yeni mexanizmini, düsturunun təsvirini və əsas meyarlarını əks etdirən təqdimat sahibkarların diqqətinə çatdırılıb.
Tədbirdə Xüsusi Komissiyanın iş prinsipləri, bölgü ilə bağlı cari prosesin təsviri, daşıyıcıların təqdim etməli olduğu sənədlərin siyahısı, yeni mexanizmin daşıyıcılara faydası, xarici ölkələrdə problemlə qarşılaşan sahibkarlara və sürücülərə ABADA tərəfindən hüquqi və təşkilati dəstək, təlim-tədrislə bağlı yeni layihələr barədə fikir mübadiləsi aparılıb.
Tədbirin gedişatında daşıyıcıların “İcazə blankları”nın bölgüsü zamanı yeni mexanizmin tətbiqi ilə bağlı fikirləri dinlənilib, sahibkarları maraqlandıran suallar Xüsusi Komissiya tərəfindən cavablandırılıb.
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır








