“Nə skuter, nə də velosiped sürücüləri bulvar mühafizəçilərini sayırlar”

Dənizkənarı bulvar ərazisində skuterlərdən kütləvi istifadə paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur. Onlar bildirirlər ki, xüsusən də axşamlar gəzintiyə çıxanda skuterlər onlara mane olur, hətta həyatları üçün təhlükə yaradır.

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakıda skuterlər üçün xüsusi bir zona yaradıldılıb. Belə ki, velosiped zolağından skuterlər də istifadə edə bilər.
Ekspertin sözlərinə görə, bulvar ərazisində skuterlərin sürülməsi yolverilməzdir:
“Orada skuterlər sürməyi qadağan edən lövhələr vurulub. Amma baxırıq ki, skuter sürücüləri nişanların üzünə baxa-baxa orda şütüyürlər. Bu da insanlar arasında narazılıq yaradır. Çünki onlara nəzarət edən yoxdur”.
E.Muradlı ərazidə xidmət aparan polis əməkdaşlarının bununla bağlı tədbir görə biləcəyini deyib:
“Sadəcə, bunun üçün onlara səlahiyyət verilməlidir. Bu elə də çətin bir şey deyil. Ən azından skuter sürücülərinə cərimə yazmasalar belə, onları ərazidən uzaqlaşdırmaq üçün səlahiyyət verilməlidir. Çünki polis ərazini mühafizə edirsə, təhlükəsizlik baxımından bunu həyata keçirə bilər. Ümid yalnız onlaradır. Çünki nə skuter, nə də velosiped sürücüləri bulvar mühafizəçilərini saymırlar”.
Ekspert skuter sürücülərinin əyləncə üçün bulvar ərazisini seçməsinin yolverilməz olduğunu bildirib:
“Onlar xüsusi zonada skuter sürsələr, daha yaxşı olar. Yox, əgər özlərini kiməsə göstərmək istəyirlərsə, bu, başqa məsələdir. Bunun da qarşısı mütləq alınmalıdır. Çünki bulvar insanların istirahət zonasıdır, orda yaşlı insanlar, uşaqlar gəzintiyə çıxır. Orda elə sürətlə hərəkət edirlər ki, qorxu yaranır. Dəfələrlə toqquşmalar olub, insanlar xəsarət alıb”.
E.Muradlı belə hadisələrin sayı çoxalmamış məsələyə müdaxilə etməyin vacib olduğunu bildirib:
“Bu, piyada gəzmək deyil. Skuter bir nəqliyyat vasitəsidir. Ona görə də skuterləri insanların sıx olduğu yerdə sürmək təhlükəlidir”.
(bakupost)
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ










