"Necə yəni oxşayır, onda qızının şəklini paylaşsın" - Günay Ağamalıya cavab

Milli Məclis üzvü Günay Ağamalının qızı olduğu iddia edilən gəncə dair özü bəyanat versə də, açıq suallar qalır. Deputat sosial mediada qızı haqqında yayılan məlumatlara münasibət bildirib. O, yayılan videonun əsassız və qərəzli kampaniyanın tərkib hissəsi olduğunu vurğulayıb. Günay Ağamalı qeyd edib ki, sosial mediada yayılan görüntülərdəki şəxs onun övladı deyil.
Avtosfer.az-ın məlumatına görə, videonu paylaşan jurnalist Şəfəq Ağacan “Yeni Sabah”a bildirib ki, Günay Ağamalının verdiyi izahla tanışdır, amma onun açıqlaması həqiqətə uyğun deyil:
"Çünki videogörüntü yayılan kimi nə Günay Ağamalı, nə də Fəzail Ağamalı zəngə cavab verdi. Hətta qardaşı Elçin Ağamalı da dedi ki, bu barədə şərh vermək istəmir. Gəlin, məntiqlə düşünək. Mənim deputat Günay Ağamalıya qarşı heç bir qəsdi-qərəzliyim yoxdur. Sadəcə video qarşıma çıxdı və mənə maraqlı gəldi ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olan şəxsin mental dəyərlərdən uzaq ailə üzvü var. Deputatın belə bir övladının olmağı bizim üçün yaxşı örnək deyil. Məhz buna görə sözügedən videonu paylaşdım”.
Jurnalistin sözlərinə görə, videonun paylaşmasından sonra həmin şəxsin sosial şəbəkə hesabında bütün görüntülərin silinməsi və profilin yoxa çıxması şübhə doğurub:
“Günay Ağamalının açıqlaması o vaxt həqiqətə uyğun olardı ki, o, öz övladının şəkillərini paylaşar və təsdiq edərdi ki, videodakı qız onun övladı deyil. Necə oldu ki, bu görüntüləri yayan kimi qızın səhifəsindən bütün videolar dərhal silindi, daha sonra axtarışda həmin profil belə çıxmadı? Mən də jurnalistəm, hər halda, araşdırmamış material paylaşmaram. Biz Konstitusiya hüquqlarını bilirik, paylaşımda heç bir təhqir yoxdur. Sadəcə ictimailəşdirmişik və cəmiyyətin fikrini öyrənmək istəmişik. Günay Ağamalı deyir ki, qızıma oxşaya bilər, amma o deyil. Bəs sinədəki, qollardakı tatular necə? Əgər biz səhv düşüncədəyiksə, Günay xanım qızının şəklini çəkib göstərsin. İkincisi, bu səhv idisə, niyə o, sözügedən paylaşımdan sonra niyə “Facebook”da mənə dostluq təklifi yollamışdı? O heç vaxt dostluğumda olmayıb”.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi











