Nəcməddin Sadıkovdan sərt açıqlama: «Bizim səbrimiz tükənməz deyil»

Beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi uzun müddət ərzində işğalın qanunsuz olaraq davam etməsinə yardım edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkov Bakıda keçirilən MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında deyib.
N.Sadıkov bildirib: "İqtisadi göstəricilərin cəmiyyətin inkişafı ilə paralel olaraq artması ilə bağlı təbii ki, respublikanın Silahlı Qüvvələri də inkişaf edir. Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır və bu tendensiya davam edəcək. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, xalqımız daha böyük nəticələrə nail olardı".
Baş Qərargah rəisi qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və etnik təmizləmələr nəticəsində bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarını tərk etməli olub: "Biz bu münaqişənin dinc yolla həllinə tərəfdarıq və hesab edirik ki, bunun üçün hələ də şanslar və ümidlər qalır. Lakin eyni zamanda, Azərbaycan xalqının səbri tükənməz deyil. Hesab edirik ki, bu məsələ beynəlxalq hüquq prinsipləri çərçivəsində öz həllini tapa bilər. Ermənistanın işğalçı qüvvələri də BMT TŞ-nin qətnamələrinin tələblərinə tabe olmalıdırlar və Azərbaycan ərazilərini tərk etməlidirlər. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır və ikili standartlar olmamalıdır. Heç kim müstəsna hüquqa malik ola bilməz".
N.Sadıkov vurğulayıb ki, Ermənistan istisna olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr və beynəlxalq qurumlar tərəfindən tanınıb: "Azərbaycan beynəlxalq hüququn yerinə yetirilməsini tələb edir. Bu gün Ermənistanın yürütdüyü siyasət onu regiondakı bütün iqtisadi layihələrdən təcrid edib. O, kimdənsə daha çox əldə edə bilərdi. Bu münaqişənin təşkilatçıları onların ölkəsinin itirdiyi və qazandığını təhlil təhlil etməli, keçmiş və həm də bugünkü reallıqları daha dərindən dərk etməli və bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bir daha bəyan edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüququn ona verdiyi bütün hüquqlardan istifadə edəcək".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












