“Neft ölkəsiyik, amma ən keyfiyyətsiz benzini özümüzə satırıq” – Ekspert SOCAR-ı TƏNQİD ETDİ - VİDEO

Uzun müddətdir ki, ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti sürücülər tərəfindən narazılıqla qarşılanır. Avtomobil idarəçiləri, demək olar, bütün yanacaqdoldurma məntəqələlərindəki yanacağın yararsız olduğunu bildirir. Bu istiqamətdə sosial şəbəkələrdə dəfələrlə videolar da paylaşılıb.
Avtosfer.az xəbər verir ki, yaranan vəziyyət artıq sürücülərin yanacaqdoldurma məntəqələrini məhkəməyə vermək niyyətinə qədər gəlib çatıb.

Mövzunu saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı nəqliyyat eksperti Elməddin Muradlı şərh edib. Onun sözlərinə görə, yaranan vəziyyətdən artıq rəsmi dilerlər və avtomobil ustaları da şikayət edir:
“Problem daha çox “Ai-95” markalı benzində müşahidə edilir. Bu yaxınlarda mən hətta “BMW” şirkəti ilə də danışdım. Onlar da bildirir ki, yeni gələn avtomobillər müştərilərə satılır. Zəmanətli maşınlardır hamısı. Bir müddət keçir, sürücü gətirir maşını servisə verir ki, benzin nasosunda problem ayranıb. Bu ehtiyat hissəsinin də qiyməti ucuz deyil, 1200-1700 manat arası dəyəri var. Artıq servislər SOCAR-a şikayət edir ki, onlara keyfiyyətsiz yanacaq səbəbilə külli miqdarda ziyan dəyir.
Hər yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsizliyi də ayrı növdədir. Biri sərfiyyata mənfi təsir edir, biri sürətlər qutusuna. Neft ölkəsində yaşayırıq, amma ən keyfiyyətsiz yanacağı öz millətimizə satırıq”.
Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımın videosunu sizə təqdim edirik:
Səfər
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











