Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qeyd olunanlarla bağlı tərəfimizdən bildirilir ki, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











