"Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Nəqliyyat və Logistika Komissiyası”nın iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə ASK-dan bildirilib.
Komissiyanın sədri Kamran Həbibov bildirib ki, “Nəqliyyat ekspedisiya haqqında” yeni qanun layihəsi hazırlanır və Komissiya üzvləri bu prosesdə aktiv iştirak edirlər.
İclasda komissiya üzvləri konteyner yüklərin daşınmasında bu ildən çəki və hündürlük məsələlərinin ortaya çıxdığını və bunun yerli daşıyıcıların işinə çətinliklər yaratdığını bildiriblər. Eyni zamanda, İpəkyolu terminalında qrup malların rəsmiləşdirilməsi, ümumiyyətlə gömrük prosedurlarının təkmilləşdirilməsinin zəruriliyini qeyd ediblər. Bununla bağlı fikir mübadiləsi aparılıb və Komissiyanın Konfederasiya rəhbərinə müraciət etməsi qərara alınıb.
İclasda həmçinin 2025-ci il üzrə Komissiyanın fəaliyyət planı müzakirə qeyd edilib. Ölkəyə tikinti materialı və xammalının idxalı, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı üzrə logistika məsələlərinin aidiyyəti biznes təşkilatları və dövlət qurumları ilə birlikdə araşdırılması məqsədə uyğun hesab olunub.
Nəqliyyat, logistika sahəsində xidmət göstərən şirkətlərin müvafiq rəsmi qeydiyyatdan keçməsinin vacibliyini diqqətə çatdıran Komissiya üzvləri “boz işləyən”lərin aşkar edilməsinin bu sahədə sahibkarların hüquqlarının qorunmasına və bazar risklərinin azalmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











