Nəqliyyat nazirləri “Şimal-Cənub” dəhlizini müzakirə edəcəklər

Xəzəryanı dövlətlərin nəqliyyat nazirləri cari ilin dekabr ayında İranda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin perspektivlərini müzakirə edəcəklər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşrıqılar üzrə səfir İqor Bratçikov bildirib.
“Əgər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi inşa edilərsə, o zaman Qərbi Avropa və İran körfəzindəki İran limanları arasında yüklər dairə vuraraq dəniz yolu ilə keçdiyi xəttdan iki dəfə tez keçəcək. Bu sərfəli və ucuz başa gələrdi. Ölkələrimizdə müvafiq terminalları tikmək lazımdır ki, bu iş irəliləsin”, - İ.Bratçikov Həştərxanda jurnalistlərə bildirib.
O, qeyd edib ki, hal-hazırda nəqliyyat dəhlizinin işi qaydaya salınmayıb.
“Və biz konteynerlərin göndərilməsindən bunun bəzən tez, bəzən isə daha uzun çəkdiyini görürük. Bu zəncirvari işi nəzrdən keçirmək, yenidən işləmək lazımdır. Bu, nəqliyyat nazirlərinin İranda dekabrda baş tutacaq görüşün əsas məsələsi olacaq”, - RF prezidentinin xüsusi nümayəndəsi izah edib.
Xəbər verildiyi kimi Rusiya, İran və Hindistan 2000-ci ildə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair dövlətlərarası saziş imzalayıblar. Sonradan müqaviləyə Azərbaycan, Ermənistan, Belarusiya, Qazaxıstan, Oman, Suriya qoşuldu. Türkiyə və Ukrayna da müqaviləyə qoşulmaq üçün müraciət ediblər.
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək










