Nəqliyyat Nazirliyindən sürücülərə şad xəbər

Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlərin icrası davam etdirilir. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, həmin layihələrdən biri də Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində inşa edilən tunel tipli yol qovşağıdır. İyul ayında istifadəyə verilməsi planlaşdırılan tunel tipli yol qovşağında hazırda 1600 metr uzunluğu olan yan yollarda asfalt örtüyünün salınması, tuneldaxili və yan yollarda işıq dirəklərinin quraşdırılması, tunelin bağlı hissəsi üzərində layihələndirilmiş dairənin tikintisi, “Baksol yolu” istiqamətindəki 140 metr məsafədə isə yolun layihəyə əsasən yenidən qurulması işləri aparılır. Qovşağın ümumi uzunluğu 610 metr, örtülü hissəsinin uzunluğu 140 metr, hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni 23,5 metr, ayırıcı zolağın eni 2 metr, hərəkət zolaqlarının sayı isə 6-dır. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaq. Tunel beynəlxalq standartlara uyğun layihələndirilib və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub.
Emin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












