Nəqliyyat Nazirliyindən sürücülərin aksiyasına cavab

Bakıda 95 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus sürücülərinin aksiya keçirməsi ilə bağlı Nəqliyyat Nazirliyi rəsmi münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Lent.az-a dediyinə görə, aksiyanı təkcə 95 saylı avtobusun sürücüləri etmir: “Məndə olan məlumata görə 95, 131 və 171 saylı xətt üzrə hərəkət edən avtobus sürücüləri də aksiya keçirib. Bizim üçün əsas sürücünün istəyi yox, sərnişinlərin təhlükəsizliyidir. Hazırda sərnişindaşınmada optimallaşdırma proqramı həyata keçiririk. Məqsəd yollardakı tıxacı aradan qaldırmaq, qəzaların qarşısını almaqdır. Eyni zamanda müasir standartlara uyğun olmayan avtobusları şəhərin mərkəzinə buraxmamaq üçün də bu addımları atırıq. Nərimanov, Qara Qarayev prospektində və digər yerlərdə paralellik təşkil etdiyindən hərəkət sxeminə dəyişiklik edirik. Ona görə də bəzi sürücülər etiraz edir. Buna baxmayaraq, biz bu optimallaşdırma proqramını həyata keçirəcəyik. Sahibkarlarla danışıqlar aparılır. Məsələ yoluna qoyulacaq. Sürücülərin də narazılığı həll ediləcək”.
***
Qeyd edək ki, azxəbər.com saytı 95 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus sürücüləri avtobusları “Həzi Aslanov” metrosunun yanında saxlayaraq, hərəkət etməyəcəklərini söyləyiblər. Buna səbəb isə, marşrutun hərəkət istiqamətində olan yolların bağlı olmasıdır. Nəticədə sərnişinlərlə avtobus sürücüləri arasında narazılıq yaşanıb. Sərnişinlər avtobusların hərəkət etməsini tələb etsələr də, bu cəhdləri nəticəsiz qalıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












