Nəqliyyat qoçuları sürücünün sənədini alıb qaçdılar – FOTO

Nəqliyyat Departamentinin əməkdaşlarının kobud rəftarı ilə üzləşən daha bir sürücü Avtosfer.az saytına müraciət edib. Pərvin Şükürov bildirir ki, o, «Hacıqabul quşçuluq» MMC-yə məxsus «Ford Transit» markalı, 24 AC 298 dövlət nömrə nişanlı avtomobili idarə edir. İyunun 6-da Nizami rayonu, Bəhruz Nuriyev küçəsində, «Laçın» TM-nin arxasında mağazaya yük boşaldarkən departament əməkdaşları ona yaxınlaşıblar: «Heç özlərini təqdim etmədən «nəqliyyatdan gəlmişik» deyib, məndən sənədləri tələb etdilər. Mənim də yükdaşıma ilə bağlı icazəm var. Amma ona əhəmiyyət verməyib avtomobilin sənədini istədilər. Mən də texniki pasportu verdim. Dedilər, sənəd bizdə qalacaq, gəlib alarsan. Onlara bildirdim ki, axı, yol polisi sürücülən sənəd alıb saxlamadığı halda siz kimminiz ki, mənim sənədimi aparırsınız? Birdən yol polisi məni yolda saxladı, necə inandıracam ki, nəqliyyat işçiləri aparıb? Mənə əhəmiyyət vermədilər. Maşına yaxınlaşıb qapıları bağladım, bir də başımı qaldırdım ki, qaçıb gediblər. Heç bilmədim, kimdilər, nəçidilər, hara getdilər».
Pərvin Şükürovun dediyinə görə, özlərini nəqliyyat işçiləri kimi təqdim edən naməlum şəxslər ona bir qəbz də veriblər: «Qəbzi niyə verdilər, bu nə deməkdir, heç nə başa düşmədim. Neçə gündür onları axtarıram, tapa bilməmişəm. Sənədsiz qalmışam. Biz daha onların əlindən bezmişik. Bir dəfə də məni nəqliyyat işçiləri döymüşdü. Nizami rayon Polis İdarəsinə müraciət etdim, dedilər, biz onlara bata bilmirik. Sonra prokurorluğu şikayət elədim, ordan da heç mənə demədilər işin axırı necə oldu. Mənim kimi arada qanı batan, sənədi əlindən alınan nə qədər sürücü var. Özbaşınalıq edirlər, sənədlərimizi alıb qaçırlar. Sənədi almağa gedəndə də 100-300 manat rüşvət istəyirlər».
Nurlan
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI











