Nəqliyyat qoçuları taksini qovub qəza törətdilər

Bu gün saat 19-20 radələrində Müşfiq qəsəbəsi ərazisində yol qəzası baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, «Mersedes» markalı minik maşını Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentinə məxsus avtomobillə toqquşub. Nəticədə nəqliyyat işçilərinin olduğu avtomobil yoldan çıxaraq səkiyə çırpılıb. «Mersedes»in isə ön tərəfi əzilib. Hadisə yerinə gələn yol polisi əməkdaşları hər iki avtomobili cərimə meydançasına aparıblar.
Hadisə yerində olan şahidlərin Avtosfer.az-ın əməkdaşına bildirdiyinə görə, «Mersedes»in sürücüsü taksi fəaliyyəti ilə məşğul olur. Qəza baş verərkən avtomobilin üzərində «taksi» nişanı da olub. Nəqliyyat qoçuları isə onu saxlatmaq istəyərkən sürücü saxlamayıb. Yolboyu bir-birinı «sıxmağa» başlayan avtomobillər digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıblar. Nəhayət, «Mersedes»in sürücüsü onun qarşısına keçən və nəqliyyat işçilərinə məxsus «Fiat» markalı avtomobili arxadan vurub. Nəticədə, «Fiat» yoldan çıxaraq səkiyə çırpılıb. Qəza zamanı avtomobildə olanların yüngül xəsarət aldığı bildirilir. Avtomobillərə də az ziyan dəyib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












