Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Ölkədə nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib.
Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTANDART) Avtosfer.az-a bildirilib ki, yeni dövlət standartlarının tətbiqi ölkəyə idxal olunan hibrid avtomobil kateqoriyasını müəyyən etməyə, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılmasına, nəqliyyat vasitələrinin ətraf mühitə buraxdığı çirkləndirici maddələrin miqdarını azaltmağa, nəqliyyat vasitələrində elektrik ötürücülərinin təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən aşağıdakı yeni dövlət standartları qəbul edilib:
- AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;
- AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;
- AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
Yeni dövlət standartları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə qəbul olunub. Adıçəkilən Yol Xəritəsi Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”nun fəaliyyətini əhatə edir.
Sözügedən standartlar “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTANDART/TK 43) standartlaşdırma üzrə Texniki Komitənin iclasında müzakirə edilib və konsensus əsasında qəbul edilmiş qərara müvafiq olaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.
Müvafiq dövlət standartarı ilə milli standartlaşdırma qurumunun rəsmi internet səhifəsində (http://azstand.gov.az/az/standart-axtar, http://e-standart.gov.az/) tanış olmaq və rəsmi nəşrlərini kağız və ya elektron formada əldə etmək mümkündür.
Qeyd edək ki, Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












