«Nəqliyyat sektorunda ciddi pozuntular var, insanları incidirlər»

Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxış edərək bir sıra vacib məqamlara toxunub. Avtosfer.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: “Korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “Asan xidmət”ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir, çoxlu qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi hər şey “Asan xidmət”də asan olacaq”.
Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var, insanları incidirlər: “İnsanların qarşısında əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini “Asan xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə “Asan xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir”.
Elməddin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












