Nəsimidə Polis Günündən - FOTOLAR

Gündəm 2 İyul 2024 20:15 Oxunub 202
Nəsimidə Polis Günündən - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Vüqar Ağayev tədbir iştirakçılarını Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb və müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verib.

Həmçinin, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisi Günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açıb.

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrilib. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.

RİH başçısı çıxışına davam edərək bildirib ki, Azərbaycan polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.

Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də polis əməkdaşlarının fədakarlıq göstərərək, Vətəni müdafiə etdiyi xatırlanıb.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyəti doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.

Eyni zamanda ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.

Daha sonra çıxış edənlər - rayon prokuroru Həsən Hənifəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi Pərvin Əsədov, Rayon Məhkəməsinin sədri İlqar Qaralov, Rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildiriblər.

Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.







ŞƏRH YAZ
Ad

E-mail

Şərh