Nəsir Məmmədov geri çağrıldı - Korrupsiya faktları araşdırılacaq?

Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycanın İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edildiyi iddia olunurdu.
Avtosfer.az Xalq.az-a istinadən xəbər verir ki, səfirlikdə hər il viza alverindən milyonlar vəsait mənimsənilirdi. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir.
Viza alveri ilə məşğul olan “vasitəçi şirkət”in Azərbaycan Xarici İşlər Nazirliyindəki (XİN) rəhbər şəxslərdən birinə məxsus turizm şirkətinin olduğu bildirilir.
Məlumat üçün bildirir ki, vəzifədən azad olunan Nəsir Məmmədov 2018-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini olmuş Natiq Məmmədovun oğludur.
Qeyd edək ki, Nəsir Məmmədov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI













