Nəşriyyatın qarşısında “su fontanı” peyda oldu - VİDEO

Bakıda “Qanun” nəşriyyatın qarşısında su borusu partlayıb.
Bu barədə sosial şəbəkədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu paylaşım edib.
O bildirib ki, artıq iki gündür nəşriyyatın qarşısını su yuyub aparır:
“İki gündür nəşriyyatın ofisinin həyətində su fontan vurur. “Azərsu” ASC-yə müraciət etmişik, lakin dünəndən bura əməkdaşlarını yönləndirmirlər. Bununla bağlı daha əvvəl, keçən il də müraciət etmişdik. Ötən il oranı “təmir” etdirdilər, lakin o təmirin ömrü uzun olmadı.
Hazırda isə “fontanın” qarşısının alınması üçün heç bir tədbir görülmür”.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem aidiyyəti üzrə ərazi yerli SuKanal İdarəsinə yönləndirilib:
“Məsələdən xəbərimiz var. Aidiyyəti üzrə “Azərsu” ASC-nin Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən problemin həlli istiqamətində zəruri tədbirlər görülür”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












